Haland Messi və Ronaldoya çatıb

Xəbərlər
29 Fevral 2024 11:44
891
Haland Messi və Ronaldoya çatıb

XXI əsrdə ən çox oyunda 5 və ya daha çox qol vuranların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə buna ən azı 2 dəfə nail olan futbolçular düşüb.

“Mançester Siti”nin norveçli ulduzu karyerasında ikinci penta-trikə imza atmaqla siyahıya daxil olub. XXI əsrdə 10 futbolçu ən azı iki dəfə 5 və ya daha çox qola sevinib.

Haland Lionel Messi və Kriştiano Ronaldoya çatıb. Rekord Ali Aşfaqa məxsusdur. Maldivli futbolçu 8 görüşdə ən azı 5 qol vurub.

Qeyd edək ki, eyni sayda matçda “5+”a sevinənlər bu oyunlardakı qol sayı və həmin görüşlərin statusuna görə sıralanıb.

1. Ali Aşfaq (Maldiv) - 8

2. Mark Lloyd Uilyams (Uels) - 5

3. Maksim Qruznov (Estoniya) - 4

4. Qreq Draper (Yeni Zelandiya) - 3

5. Lionel Messi (Argentina) - 2

6. Arçi Tompson (Avstraliya) - 2

7. Erlinq Haland (Norveç) - 2

8. Kriştiano Ronaldo (Portuqaliya) - 2

9. Bağdad Bunedja (Əlcəzair) - 2

10. Qarban Kouqhlan (İrlandiya) - 2

İdman.biz