Mahmud Qurbanov: “Çox baxımlı oyuna şahidlik edəcəyik”

9 Oktyabr 2026 18:08
83
Mahmud Qurbanov: “Çox baxımlı oyuna şahidlik edəcəyik”

“Çox maraqlı və prinsipial oyun olacaq. Milli fasilə oyunun daha baxımlı olmasına problem yarada bilər. Hər iki komandanın heyətində yığmalarda oynayan futbolçular var. Bunun sağlam rəqabət və prinsipiallığa təsiri olmayacaq”.

Bu sözləri Azərbaycanın U-18 futbol millisinin baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasında keçiriləcək “Neftçi” - “Sabah” matçını dəyərləndirərkən deyib.

Təcrübəli məşqçi hər iki komandanın iddialı olduğunu və azarkeşlərin baxımlı mübarizəyə şahidlik edəcəyini diqqətə çatdırıb.

“İki komanda da liderlərdəndir. Öz iddiaları var. “Neftçi” həmişə iddialı olub, “Sabah” da son illərdə oyun və nəticə baxımından göz oxşayır. Ölkəmizi ÇL-də təmsil edir. 'Ağ-qaralar'ın da oyun dəsti-xətti var. Çox baxımlı oyuna şahidlik edəcəyik”, - deyə o offsideplus.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, bu gün “Palms Sports Arena”da baş tutacaq “Neftçi” - “Sabah” qarşılaşmasının start fiti saat 19:30-da səsləndiriləcək.

İdman.Biz