“Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Dani Sebalyos “Betis”ə transfer olub.
İdman.Biz xəbər verir ki, bu barədə “Betis” klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilədək müqavilə imzalanıb.
2026-cı ilin iyununun sonunda “Real Madrid” Sebalyosun komandadan ayrıldığını açıqlayıb. Madrid klubu futbolçu ilə müqaviləni uzatmamaq qərarına gəlib.
Sebalyos 2017-ci ildən “Real”da çıxış edib. O, bütün turnirlərdə 215 matç keçirib, 7 qol vurub və 16 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi “Real Madrid”in heyətində üç dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. O, iki dəfə İspaniya çempionu və İspaniya Superkubokunun qalibi olub. Bundan başqa, Sebalyos bir dəfə İspaniya Kubokunu və qitələrarası kuboku qazanıb.
