“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi futbolçu karyerası ərzində zədələnmiş burnundakı qüsuru aradan qaldırmaq üçün əməliyyata ehtiyac duyduğunu açıqlayıb.
40 yaşlı ingilis futbolçu karyerası ərzində burnunu iki dəfə sındırdıqdan sonra əməliyyat olunmalı olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, Runi bu barədə əməliyyatdan bir həftə sonra Mark Qoldbrikin “Stick to United” podkastında danışıb.
“Mən çox şanslıyam ki, gözlərimin altında göyərmələr yoxdur. Amma hələ də burnumda iki plastik boru var və onları tezliklə çıxaracaqlar”, – deyə Ueyn bildirib.
Runi ilk dəfə 2015-ci ildə İngiltərə Kubokunda “Preston”a qarşı keçirilən matçda burnunu sındırıb.
İkinci dəfə isə karyerasının sonlarında MLS-də “Di-Si Yunayted”in formasını geyindiyi vaxt burnundan zədə alıb.
