“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın ilk turunda “Malaqa” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra tribunalardan komandanın hücumçusu Xulian Alvaresə ünvanlanan təhqiramiz şüarları şərh edib.
İdman.Biz xəbər verir ki, Dieqo Simeonenin açıqlamasını AS nəşri dərc edib.
“Azarkeşlərimizə böyük hörmətlə yanaşıram”, – deyə Simeone bildirib.
Qeyd edək ki, “Barselona”nın 26 yaşlı argentinalı futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir. Alvaresin ətrafındakı şəxslər onun Kataloniya klubuna keçmək və komandanı Hans-Diter Flikin rəhbərliyi altında təmsil etmək istədiyini iddia edir. “Arsenal”ın da Alvaresə maraq göstərdiyi qeyd olunur.
