“Atletiko” La Liqaya qələbə ilə başladı - VİDEO

20 Avqust 2026 01:14
114
“Atletiko” La Liqaya qələbə ilə başladı - VİDEO

İspaniyanın “Atletiko” futbol komandası 2026/2027 mövsümündə La Liqaya qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi ilk turda doğma meydanda “Malaqa”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Görüş “Riyadh Air Metropolitano” stadionunda keçirilib.

Matçda hesab 70-ci dəqiqədə açılıb. Li Kan İn fərqlənərək “Atletiko”nu önə keçirib. 85-ci dəqiqədə isə Aleks Baena ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdirib - 2:0.

Madrid klubu bununla mövsümə üç xalla başlayıb. “Malaqa” isə ötən mövsüm Sequndada dördüncü yeri tutduqdan və pley-off mərhələsini uğurla keçdikdən sonra La Liqaya yüksəlib.

“Atletiko” növbəti turda avqustun 23-də “Vilyarreal”ı qəbul edəcək.

İdman.Biz