Niderlandın “Go Ahead Eagles” futbol komandasının “Willem II” ilə oyunundan əvvəl keçirilən mərasimdə qeyri-adi hadisə baş verib.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, matç topunu meydana gətirmək üçün bir qrup paraşütçü stadionun üzərinə enib. Onlardan biri eniş zamanı idarəetməni itirərək qapı konstruksiyasına və reklam lövhələrinə çırpılıb.
Zərbənin güclü olmasına baxmayaraq, paraşütçü dərhal ayağa qalxıb və tribunadakı azarkeşləri salamlayıb. Onun ciddi xəsarət almadığı bildirilir.
Qeyd edək ki, şounun məqsədi paraşütçülərin matç topunu meydanın mərkəzinə çatdırması olub.
