Yaponiya milli komandası ilə İngiltərə milli komandası arasında keçirilən yoldaşlıq görüşündən sonra qonaq azarkeşlər nümunəvi davranışları ilə diqqət çəkiblər.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Uembli” stadionunda baş tutub və yaponlar 1:0 hesablı qələbə qazanıblar.
Oyunun ardından yaponiyalı azarkeşlər tribunalarda qalan zibilləri özləri toplayaraq stadionu təmiz vəziyyətdə tərk ediblər.
Onların bu addımı futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və nümunə kimi göstərilib.
