UEFA 2028-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet qiymətlərini 2024-cü il turnirinin səviyyəsində saxlayacaq.
İdman.Biz xəbər verir ki, "Fans First" və üçüncü kateqoriya biletlərin qiyməti müvafiq olaraq 26 və 52 funt sterlinq (30 və 60 avro) təşkil edəcək.
Bu göstəricilər Almaniyada keçirilmiş AVRO-2024 ilə eynidir.
Məlumata əsasən, ümumilikdə 1,2 milyon bilet məhz bu iki kateqoriya üzrə satışa çıxarılacaq.
Qeyd olunub ki, qiymət artımı yalnız daha bahalı yerlərə şamil oluna bilər.
