Yamal “Barselona”dakı karyerası barədə danışıb

3 Fevral 2026 13:23
93
Yamal “Barselona”dakı karyerası barədə danışıb

“Barselona”nın cinah oyunçusu Lamin Yamal bütün peşəkar karyerasını məhz “Barselona”da keçirmək niyyətində olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu “Mundo Deportivo” qəzetinin 120 illik yubileyi münasibətilə təşkil edilən qala gecəsində gələcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib.

“Ümid edirəm ki, bütün həyatım boyu burada qala bilərəm. Dünyanın ən yaxşı klubunda və ən yaxşı şəhərində hər günün dadını çıxaracağam. Biz İspaniya Kubokunda yarımfinala yüksəlmək uğrunda mübarizə aparırıq. Bu, mütləq qazanmalı olduğumuz tituldur”, - deyə Yamal vurğulayıb.

İdman.Biz