Elvin Cəfərquliyev üçün “Fənərbağça”dan “Qarabağ”a təklif gəlib?

30 Yanvar 2026 12:18
95
Elvin Cəfərquliyev üçün “Fənərbağça”dan “Qarabağ”a təklif gəlib?

“Fənərbağça” klubu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevə heç bir təklif göndərməyib.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış jurnalist Ertem Şener məlumat verib.

O bildirib ki, Türkiyə təmsilçisi futbolçuya nə rəsmi, nə də qeyri rəsmi təklif göndərib.

Tanınmış jurnalistin sözlərinə görə, “Qarabağ” rəhbərliyi 24 yaşlı müdafiəçi üçün təklif daxil olacağı təqdirdə mövzunu dəyərləndirəcək.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

İdman.Biz