Ertem Şener "Qarabağ"ın oyunu barədə: “Altı qol da olur, səkkiz qol da...”

29 Yanvar 2026 17:35
33
Ertem Şener "Qarabağ"ın oyunu barədə: “Altı qol da olur, səkkiz qol da...”

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasında iştirakı Türkiyə mediasında da diqqətdən kənarda qalmayıb. Tanınmış jurnalist Ertem Şener Ağdam təmsilçisinin turnirdə yer almasını xüsusi vurğulayıb.

İdman.Biz xəbər verir ki, Şener sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə böyük hesablı məğlubiyyətlərin belə Çempionlar Liqasının reallığı olduğunu qeyd edib.

“Çempionlar Liqasında altı qol var, də səkkiz qol da. “Liverpul”dan altı qol buraxmaq üçün belə əvvəlcə bu səhnəyə çıxmaq lazımdır”, - Şener bildirib.

Jurnalist “Qarabağ”ın turnirdəki mövqeyinə ayrıca toxunub:

“Qarabağ” buradadır, bəlkə nəhənglər yoxdur, amma burası nəhənglərin liqasıdır. Bura okeandır, adi sular deyil”.

Şener fikrinin sonunda Çempionlar Liqasının emosional tərəfinə də diqqət çəkib:

“Burada kədərlər də böyükdür, sevinclər də. Əvvəlcə burada olmaq lazımdır, dəyərini bilmək lazımdır”.

Bu fikirlər “Qarabağ”ın Avropanın ən prestijli klub turnirində iştirakının Azərbaycan futbolu üçün önəmini bir daha gündəmə gətirib.

İdman.Biz