Ceremi Frimponq: “Əlimizdən gələnin ən yaxşısını etməliyik”

Xəbərlər
27 Yanvar 2026 20:15
104
Ceremi Frimponq: “Əlimizdən gələnin ən yaxşısını etməliyik”

“Qarabağ”la sabahkı oyun asan olmayacaq”.

İdman.Biz xəbər verir ki, bunu “Liverpul”un futbolçusu Ceremi Frimponq mətbuat konfransında deyib.

Futbolçu “Qarabağ”ın tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komanda olduğunu bildirib.

“Mən “Bayer”də oynayarkən Qarabağa qarşı oynadığımız oyunu xatırlayıram. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. Rəqibin nə qədər güclü olduğunu yaxşı bilirəm və sabahkı oyunun asan olmayacağını da anlayırıq. Biz, sadəcə, hazır olmalı, yaxşı hazırlaşmalı və əlimizdən gələnin ən yaxşısını etməliyik. Onların Çempionlar Liqası səviyyəsində komanda olduqlarına şübhə yoxdur”, – deyə o qeyd edib.

“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İdman.Biz