Fransa Liqa 1: “Strasbur” “Lill”in qapısına dörd qol vurdu - YENİLƏNİB

26 Yanvar 2026 02:11
272
Fransa Liqa 1: “Strasbur” “Lill”in qapısına dörd qol vurdu - YENİLƏNİB

Fransa Liqa 1-in 19-cu turu çərçivəsində keçirilən “Lill” - “Strasbur” oyununda beş qol vurulub.

İdman.Biz xəbər verir ki, ev sahibinin gücü yalnız 90+3-cü dəqiqədə vurduğu təsəlli qoluna çatıb.

Qonaqların heyətindən isə 25-ci dəqiqədə Xoakin Paniçelli, 26-cı dəqiqədə Xulio Sezar Enkiso, 58 və 72-ci dəqiqədə isə Martial Qodo fərqlənib.

Bu qələbədən sonra "Strasbur" xallarını 30-a çatdıraraq yeddinci pilləyə yüksəlib. "Lill" isə 32 xalla beşincidir.

22:55

Fransa Liqa 1-in 19-cu turu çərçivəsində “Mets” “Lion”u qəbul edib.

İdman.Biz xəbər verir ki, gərgin keçən oyunda qapılara yeddi qol vurulub.

Matçda hesabı 11-ci dəqiqədə Endrik açıb. Onun növbəti qollar 45+1 və 87-ci dəqiqədə gəlib. 16-cı dəqiqədə Ruben Kluivert “Lion”un ikinci qolunu vurub. 32-ci dəqiqədə Teyler Morton hesabı 3:0 edib. Metsin qolarını isə 34-cü dəqiqədə Koffi Kuao və 64-cü dəqiqədə Habib Diallo vurub.

“Paris” – “Anje” qarşılaşmasında qapılar toxunulmaz qalıb.

“Brest” – “Tuluza” oyununda qonaqlar iki cavabsız qolla qalib gəliblər.

“Nant” – “Nitsa” oyununda qapılara beş qol vurulub və oyun 1:4 hesabı ilə başa çatıb. Mohammed-Ali Ço “Nitsa”nın heyətində dubla imza atıb.

İdman.Biz