İtaliyanın A Seriyasının 22-ci turunda “Atalanta” doğma meydanda “Parma” üzərində inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Berqamo klubu rəqibini 4:0 hesabı ilə məğlub edib. Görüşdə Canluka Skamakka, Marten de Ron, Cakomo Raspadori və Nikola Krstoviç fərqləniblər.
Bu nəticə ilə “Atalanta” 35 xala yüksələrək turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Parma” isə 23 xalla 15-ci yerdə qalıb.
Turun digər qarşılaşmasında “Cenoa” öz meydanında “Bolonya”nı 3:2 hesabı ilə məğlub edib.
19:15
İtaliya A Seriyasının 22-ci turu çərçivəsində keçirilən “Sassaulo” - “Kremoneze” qarşılaşması ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa şatıb.
İdman.Biz xəbər verir ki, oyunun üçüncü dəqiqəsində yeganə qolu Alieu Fadera vurub.
Bu hesabla “Sassaulo” xal ehtiyatını 26-ya çatdırıb.
