Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyununa indiyədək 26 500 bilet satılıb.
İdman.Biz xəbər ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
“Qarabağ” hazırda yeddi xalla 25-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 33-cü sıradadır.
