Xabi Alonsonun “Real Madrid”lə vida postu - FOTO

Xəbərlər
13 Yanvar 2026 15:20
93
Xabi Alonsonun  “Real Madrid”lə vida postu - FOTO

İspaniyanın “Real Madrid” futbol klubunda çalışan Xabi Alonso klubla yollarını ayırdığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bunu şəxsi “Instagram” hesabında paylaşdığı vida postu ilə təsdiqləyib.

Alonso bildirib ki, bu mərhələ onun üçün istədikləri kimi başa çatmasa da, “Real Madrid”də baş məşqçi kimi çalışmaq onun üçün həm böyük şərəf, həm də böyük məsuliyyət olub.

O, klub rəhbərliyinə, futbolçulara və xüsusilə azarkeşlərə göstərilən etimada və dəstəyə görə təşəkkür edib. Alonso qeyd edib ki, “madridizm” adlandırılan böyük azarkeş ailəsinin dəstəyi onun üçün xüsusi əhəmiyyət daşıyıb.

İspan mütəxəssis klubu hörmətlə, minnətdarlıqla və əlindən gələni etdiyinə inanaraq tərk etdiyini vurğulayıb.

Beləliklə, Xabi Alonsonun vida paylaşımı “Real Madrid”də bir mərhələnin rəsmi şəkildə başa çatdığını təsdiqləyir və klub üçün yeni dövrün başlanğıcını işarələyir.

İdman.Biz
Məqalədə: