Baş məşqçi Ruben Amorimin istefası Markus Reşfordun “Mançester Yunayted”də qayıtması üçün əsas olmayacaq.
İdman.Biz bu barədə “Sky Sports”a istinadən məlumat yayıb.
Hazırda icarə əsasında “Barselona”da çıxış edən Reşfordun, həmçinin Ceydon Sanço, Rasmus Hoylund və Andre Onananın kluba qayıtmaq şanslarının çox az olduğu bildirilir.
Kataloniya klubunda oynadığı müddətdə Reşford əvvəlki formasını bərpa edib, mütəmadi olaraq qollar vurur və məhsuldar ötürmələrlə yadda qalır. Baş məşqçi dəyişikliyinə baxmayaraq, onun “Old Trafford”dakı dövrünün başa çatdığı vurğulanır.
