UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində baş tutacaq “Liverpul” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb.
İdman.Biz İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlər 9-61 funt sterlinq (təxminən 20-140 AZN) arasında satılacaq.
Biletlərin əldə olunması üçün son ödəniş tarixi yanvarın 7-si olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də İngiltərədə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
