“Mançester Yunayted” futbol klubu Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını rəsmi şəkildə açıqlayıb.
İdman.Biz xəbər verir ki, klubun yaydığı bəyanatda bildirilir ki, Premyer Liqada hazırda altıncı pillədə qərarlaşan “Mançester Yunayted” rəhbərliyi mövcud vəziyyəti nəzərə alaraq dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.
Rəhbərlik hesab edir ki, bu qərar komandanın Premyer Liqada mümkün olan ən yüksək nəticəni əldə etməsi üçün ən doğru addımdır.
Açıqlamada həmçinin vurğulanıb ki, klub Ruben Amorimin “Mançester Yunayted”ə verdiyi töhfələrə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, Ruben Amorim Ser Aleks Ferqyusonun gedişindən sonra “Mançester Yunayted”i çalışdıran baş məşqçilər arasında ən aşağı qələbə faizinə malik olub. Bu göstərici komandadan gözləntilərin yüksək olması, eləcə də azarkeşlər və rəhbərlik tərəfindən göstərilən təzyiq fonunda məşqçi dəyişikliyinə səbəb olan əsas arqumentlərdən biri kimi qiymətləndirilib.
Ser Aleks Ferqyusondan sonra “Mançester Yunayted”in baş məşqçilərinin qələbə faizi:
Joze Mourinyo — 58,33%
Erik ten Haq — 54,69%
Ule Qunnar Sulşer — 54,17%
Devid Moyes — 52,94%
Lui van Qal — 52,43%
Ruben Amorim — 36,92%
14:14
“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Ruben Amorimi vəzifəsindən azad etməyə qərar verib.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Klub rəhbərliyi hələ rəsmi açıqlama verməsə də, məlumatlar Ruben Amorimin istefasının artıq reallaşdığını göstərir.
İddialara görə, “Mançester Yunayted”in baş məşqçisi klubun U‑18 komandasının baş məşqçi olan Darren Fletçer olacaq.
