İngiltrənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah İtaliyanın “Roma” komandasında oynaya bilər.
İdman.Biz "TuttoMercatoWeb"ə istinadla xəbər verir ki, “Roma” rəhbərliyi 33 yaşlı Salahın mövsüm sonuna qədər “Liverpul”dan icarəyə götürülməsi imkanını araşdırır. “Liverpul” isə hazırda yalnız cari mövsümün sonuna qədər icarə variantını qəbul etməyə hazırdır.
Mənbəyə görə, “Roma” bu təklifi müsbət qarşılayır, lakin müqavilənin reallaşmasına potensial əngəl kimi Salahın yüksək illik məvacibi - təxminən 24 milyon avro (təxminən 48 milyon AZN) göstərilir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 20 oyuna çıxaraq beş qol vurub və dörd məhsuldar ötürmə edib. 2025-ci il dekabr ayında Salah “Liverpul”un start heyətinə daxil edilməyib və açıqlamalarında klubdakı vəziyyətindən narazı olduğunu bildirib.
