PSJ Portuqaliya istedadlarının arxasınca düşüb

Xəbərlər
1 Yanvar 2026 19:10
53
PSJ Portuqaliya istedadlarının arxasınca düşüb

Fransanın PSJ klubu Portuqaliyanın iki gənc futbolçusunu transfer planlarına daxil edib.

İdman.Biz “L'Equipe” nəşrinə istinadla xəbər verir ki, Paris klubu 2025/26 mövsümünün qış transfer pəncərəsi açılan kimi yay üçün planlaşdırılan bəzi addımları irəli çəkməyi nəzərdən keçirir.

PSJ “Portu”nun sağ cinah müdafiəçisi 22 yaşlı Albert Kosta və “Benfika”nın 17 yaşlı gənc hücumçusu Anisio Kabral üçün ilkin maraq nümayiş etdirir.

Mənbənin yazdığına görə, Albert Kosta “Portu” ilə 2030-cu ilə qədər müqaviləyə malikdir və klub onu uzunmüddətli layihənin bir hissəsi kimi görür. Anisio Kabral isə Portuqaliya futbolunun ən perspektivli hücumçularından biri hesab olunur və artıq bir neçə Avropa klubunun diqqət mərkəzinə düşüb.

PSJ rəhbərliyi bu cür gənc istedadları erkən mərhələdə heyətə qatmaqla gələcəkdə qiymətlərin artmasının və transferin əlçatmaz olmasının qarşısını almağı planlaşdırır. Klubun sağ cinah müdafiəsi və hücum xəttində qarşıdakı illərdə dəyişiklik ehtiyacı yarana biləcəyi də vurğulanır.

İdman.Biz