Qurban Qurbanov qış transfer planını rəhbərliyə təqdim edib

Xəbərlər
1 Yanvar 2026 16:00
40
Qurban Qurbanov qış transfer planını rəhbərliyə təqdim edib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış fasiləsi üçün üç yeni transfer istəyib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis klub rəhbərliyinə mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisi mövqelərinin gücləndirilməsinin vacibliyini bildirib.
Onun fikrincə, mövcud heyətdə rotasiyaya ehtiyac var.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin son iki turunda “Ayntraxt” və “Liverpul”la qarşılaşacaq. Yanvar ayında keçiriləcək oyunlarda Ağdam təmsilçisi əvvəlcə Bakıda Almaniya klubunu qəbul edəcək, daha sonra İngiltərədə səfər matçına çıxacaq.

İdman.Biz