“Mingəçevir” dağılmaq ərəfəsində - VİDEO

Xəbərlər
30 Dekabr 2025 11:16
53
“Mingəçevir” dağılmaq ərəfəsində - VİDEO

Azərbaycan Birinci Liqasının iddiaçılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

İdman.Biz
Məqalədə: