“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023 mövsümündən “Turan Tovuz”un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Misli Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.
