“Turan Tovuz”un təklif etdiyi futbolçular “İmişli”yə də lazım olmadı

Xəbərlər
27 Dekabr 2025 11:50
56
“Turan Tovuz”un təklif etdiyi futbolçular “İmişli”yə də lazım olmadı

“Turan Tovuz” heyətə düşməkdə çətinlik çəkən bəzi futbolçuları icarəyə vermək istəyir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, iddialara görə, “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevin şans vermədiyi oyunçular var.

Hətta bölgə təmsilçisi ilə “İmişli” arasında bu mövzuda danışıq da gerçəkləşib. Tovuz klubu bəzi futbolçuları sözügedən komandaya təqdim edib.

Lakin “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya təklif edilən futbolçuları bəyənməyib və bu üzdən “pələnglər” başqa alternativlərə yönəliblər.

İdman.Biz