MOİK rəhbərliyi baş məşqçi ilə bağlı qərarını dəyişdi

Xəbərlər
18 Dekabr 2025 12:31
53
MOİK rəhbərliyi baş məşqçi ilə bağlı qərarını dəyişdi

Birinci Liqa təmsilçisi MOİK-in rəhbərliyi baş məşqçi İlham Yadullayevlə bağlı əvvəlki planlarından geri çəkilib.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, qış fasiləsində mütəxəssislə əməkdaşlığa son qoymağı düşünən klub rəhbərliyi komandanın son turlardakı uğurlu çıxışından sonra mövqeyini dəyişib.

Çempionatın 11-ci turu çərçivəsində səfərdə “Zaqatala” üzərində qazanılan 3:1 hesablı qələbə rəhbərliyin İ.Yadullayevə olan inamını daha da möhkəmləndirib. Bu nəticədən sonra “hərbçilər”in idarəçiləri artıq bir ay öncədən müzakirələr apardıqları iki mütəxəssislə danışıqları dayandırıblar.

Qeyd edək ki, MOİK hazırda 14 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komanda son üç turda ardıcıl qələbə qazanıb.

İdman.Biz