İtaliya A Seriyası: “Sassuolo” “Milan”ın liderlik yürüşünü dayandırdı - VİDEO

Xəbərlər
14 Dekabr 2025 17:57
77
İtaliya A Seriyası: “Sassuolo” “Milan”ın liderlik yürüşünü dayandırdı - VİDEO

İtaliya A Seriyasının 15-ci turunda “Milan” öz meydanında “Sassuolo” ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Cüzeppe Meatsa” stadionunda keçirilən görüşdə “Milan”ın hər iki qolunu 19 yaşlı sol cinah müdafiəçisi David Bartesaqqi vurub. Qonaq komandanın qollarına isə İsmail Kone və Arman Loryente imza atıblar.

Bu nəticədən sonra “Milan” oyun sayı baxımından üstünlüyə malik olaraq 32 xalla turnir cədvəlinin zirvəsində yer alıb. 31 xalı olan “Napoli” və 30 xala sahib “İnter” hazırda “rossoneri”ni təqib edir. “Sassuolo” isə 21 xalla doqquzuncu sırada mövqeyini möhkəmləndirib.

Növbəti turda “Milan” evdə “Verona”nı qəbul edəcək, “Sassuolo” isə “Bolonya” ilə qarşılaşacaq.

İdman.Biz

Məqalədə: