“Şamaxı” Azərbaycan çempionatında 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib

Xəbərlər
9 Dekabr 2025 11:24
47
“Şamaxı” Azərbaycan çempionatında 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan-Yevlax”ı üç cavabsız qolla qalib gəlib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz