“Maynts”da yeni baş məşqçi

Xəbərlər
7 Dekabr 2025 22:30
45
“Maynts”da yeni baş məşqçi

Almaniyanın “Maynts” klubu baş məşqçi postuna isveçrəli mütəxəssis Urs Fişeri təyin etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 59 yaşlı çalışdırıcı ilə 2028-ci ilin ortalarınadək qüvvədə olacaq müqavilə imzalanıb. Klub daha əvvəl baş məşqçi Bo Henriksenlə yollarını ayırıb. Onun gedişindən sonra komanda doğma meydanda “Borussiya” (Mönxenqladbax) klubuna 0:1 hesabı ilə məğlub olub.

Urs Fişerin son iş yeri Berlinin “Union” klubu olub. O, bu komandadan 2023-cü ilin noyabrında ayrılmışdı.

Qeyd edək ki, “Maynts” hazırda 2025/26 mövsümü Bundesliqanın turnir cədvəlində 13 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu dekabrın 11-də səfərdə “Lex”ə qarşı Konfrans Liqası çərçivəsində keçirəcək.

İdman.Biz

Məqalədə: