“Liverpul”un baş məşqçisi Arne Slot heyətlə bağlı son durumu açıqladı

Xəbərlər
2 Dekabr 2025 15:42
31
“Liverpul”un baş məşqçisi Arne Slot heyətlə bağlı son durumu açıqladı

İngiltərənin “Liverpul” futbol komandasına rəhbərlik edən Arne Slot növbəti matçdan öncə komandanın bir neçə əsas futbolçusunun vəziyyəti barədə məlumat verib.

İdman.Biz xəbər verir ki, Slot Konor Bredlinin “Lids”lə oyuna hazır ola biləcəyini deyib.

O həmçinin Jeremi Frimponqun gələn həftə məşqlərə dönməsinin gözlənildiyini vurğulayıb, lakin intensiv oyun təqviminə görə futbolçunun bir neçə matçı buraxacağını qeyd edib.

Niderlandlı mütəxəssis Məhəmməd Salahın Afrika Millətlər Kubokuna görə dekabrın 15-də yola düşəcəyini də təsdiqləyib. Slot əlavə edib ki, ehtiyatda qalan futbolçu təbii olaraq narazı ola bilər, lakin Salah komanda yoldaşlarını tam dəstəkləyib və yüksək peşəkarlıq nümayiş etdirib.

İdman.Biz