AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.
İdman.Biz xəbər verir ki, məşğələlərə təlimatçı Faiq Əzizov, UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom, həmçinin fitness üzrə mütəxəssisi Patrik Foletti rəhbərlik edirlər.
Onlara yerli təlimatçılar Üzeyir İbrahimov və Vitali Kovalyov kömək edirlər.
Qeyd edək ki, kurslar noyabrın 26-dək keçiriləcək.
