Misli Premyer Liqası: “Qarabağ”ın təxirə salınmış oyununun başlama saatı bəlli oldu

Xəbərlər
21 Noyabr 2025 10:20
31
Misli Premyer Liqası: “Qarabağ”ın təxirə salınmış oyununun başlama saatı bəlli oldu

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” - “Qarabağ” matçının başlama saatı məlum olub.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 18 dekabrda keçiriləcək qarşılaşma saat 19:30-da başlanacaq.

“Bank Respublika Arena”da təşkil olunacaq görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.Biz

Məqalədə: