Misli Premyer Liqasında XII turunun təyinatları açıqlanıb

Xəbərlər
19 Noyabr 2025 12:50
31
Misli Premyer Liqasında XII turunun təyinatları açıqlanıb

Misli Premyer Liqasında XII turunun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Tura “Karvan-Yevlax”- “Kəpəz” matçı ilə start veriləcək. Oyunu Elçin Məsiyev idarə edəcək. Turun son - “Neftçi” - “İmişli” qarşılaşması isə Cavid Cəlilova həvalə edilib.

Misli Premyer Liqası
II dövrə, XII tur
21 noyabr
14:00. “Karvan-Yevlax” - “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu

19:00. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

22 noyabr
15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Liv Bona Dea Arena”

17:30. “Zirə” - “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu

23 noyabr
15:00. “Sabah” - “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bank Respublika Arena”

17:30. “Neftçi” - “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sport Arena”

İdman.Biz