Millimizin kapıtanı Emin Mahmudov ilk “üçlük”də

Xəbərlər
19 Noyabr 2025 12:54
32
Millimizin kapıtanı Emin Mahmudov ilk “üçlük”də

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində rəqib hücumlarını kəsmə göstəricisinə görə ilk üçlükdə yer alıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 6 oyunda 21 dəfə topa müdaxilə edib.

Millimizin kapitanı bu göstəricidə qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano ilə eyni nəticəyə malikdir.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.

İdman.Biz