2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatında bu günə qədər 42 millinin iştirakı rəsmən təsdiqlənib.
İdman.Biz xəbər verir ki, ən son Kürasao, Panama və Haiti mundialın final mərhələsinə yüksələn komandalar sırasında yer alıb.
Meydan sahibləri ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da turnirdə mübarizə aparacaqlar.
Qeyd edək ki, 2026-cı il 11 iyun-19 iyul tarixlərində baş tutacaq dünya çempionatında ümumilikdə 48 komanda iştirak edəcək.
