Kərim Benzema: “Vinisius böyük ürəyə malik yaxşı uşaqdır”

Xəbərlər
18 Noyabr 2025 18:04
26
Kərim Benzema: “Vinisius böyük ürəyə malik yaxşı uşaqdır”

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema keçmiş komanda yoldaşı Vinisius Junior haqqında danışıb.

İdman.Biz xəbər verir ki, o, braziliyalı futbolçunun “Real Madrid” üçün gördüyü işlərin unudulmamalı olduğunu bildirib.

“Vinisiusun “Real Madrid” üçün etdiklərini unutmaq olmaz, bu, heç də ədalətli olmazdı. O, böyük ürəyə malik yaxşı bir uşaqdır, öyrənmək istəyir, möhtəşəmdir”, - deyə Benzema bildirib.

Təcrübəli hücumçu Vinisinin üzərinə düşən təzyiqdən də söz açıb:
“İnsanlar ona çox təzyiq edir. O, daha çox şey edə bilər, amma indi onun pis olduğunu söyləmək düzgün deyil”.

Qeyd edək ki, Kərim Benzema uzun illər “Real Madrid”in hücum xəttində Vinisius Juniorla birlikdə çıxış edib və braziliyalı ulduzun inkişaf prosesində mühüm fiqurlardan biri olub.

İdman.Biz