"Real Madrid" yarımmüdafiəçiyə yeni müqavilə üçün böyük maaş artımı təklif edir

Xəbərlər
16 Noyabr 2025 11:40
25
"Real Madrid" yarımmüdafiəçiyə yeni müqavilə üçün böyük maaş artımı təklif edir

"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslayın adı İspaniya nəhəngi ilə yenidən gündəmə düşüb.

İdman.Biz xəbər verir ki, "Real Madrid" futbolçunu heyətinə qatmaq üçün hazırda aldığı maaşın demək olar ki, iki qatını təklif etməyə hazırdır.

Madrid klubunun planı slovakiyalı yarımmüdafiəçinin müqavilə şərtlərini ciddi şəkildə yaxşılaşdırmaq və onu uzunmüddətli layihənin əsas fiqurlarından birinə çevirməkdir. "Real Madrid" rəhbərliyi Soboslayın oyun dinamikasını, yüksək intensivliyini və üç mövqedə çıxış edə bilməsini böyük üstünlük hesab edir.

"Liverpul" isə oyunçunun satışına qarşı sərt mövqedədir və yalnız çox yüksək məbləğdə təklif gəldiyi halda danışıqlara başlaya biləcəyini bildirir. Məsələ yaxın günlərdə transfer bazarında ən çox müzakirə edilən mövzulardan birinə çevriləcək.

İdman.Biz