Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bu barədə İdman.Biz-ə AFFA-dan məlumat verilib.
Millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
