Hazırda ölkəmizin paytaxtında olan Fransa yığmasının baş məşqçisi Didye Deşam komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmasından sonra təsüratlarını bölüşüb.
İdman.Biz mütəxəssisin fikirlərini Fransanın RMC radiosu yayıb.
“Çoxları üçün Fransanın mundiala vəsiqə qazanması məntiqli və adi görünə bilər, amma bunu rutinə çevirmək olmaz - biz özümüz də belə etmirik. Mən emosional insan deyiləm, bunu etiraf edirəm, amma belə anların qədrini bilmək lazımdır. Biz dünya çempionatında olacağıq və bu, mənim üçün xüsusidir. Futbolçu olduğum dövrdə Amerikaya getmək imkanım olmayıb, buna görə də böyük qürur hissi yaşayıram” – deyə D. Deşamın vurğulayıb
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fransa millisi D qrupunu lider kimi tamamlayaraq ABŞ, Kanada və Meksikada gələn yay təşkil olunacaq 2026-cı il dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.
