Tural Əsgərov: “Çempionatımızın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı çıxışının kölgəsində qalır”

Xəbərlər
13 Noyabr 2025 17:30
29
Tural Əsgərov: “Çempionatımızın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı çıxışının kölgəsində qalır”

“Fikir bildirmək üçün 11 tur tezdir. Çempionatın 12 komandalı, legioner limitinin ləğv olunmasının xüsusi fərqi yoxdur”.

Bu sözləri futbol menecer Tural Əsgərov deyib.

O, Misli Premyer Liqasının başa çatan birinci dövrəsini şərh edib:

“Ötən mövsümlə müqayisədə gözəçarpan dəyişiklik görünmür. Stadionların bərbad, tribunaların boş olması və təəssüf ki, komandaların gətirdikləri legionerlərin əksəriyyətinin keyfiyyətsiz olması üzücü məqamdır. Çempionatımızın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı çıxışının kölgəsində qalır. Heç kimin xətrinə dəymək istəmirəm. “Qarabağ” avrokuboklarda dolu, çempionat oyunlarında boş tribuna qarşısında oynayır. Hazırda oyunu ilə gözoxşayan legioner yoxdur. Fikrimi “Qarabağ”ın avrokubok oyunlarına əsasən yürütmək istəmirəm. Söhbət çempionatdan gedirsə, yoxdur. Hansısa klub legioner transfer edərkən böyük uğur əldə edib demək, tezdir”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, ilk dövrədə “Sabah” - “Qarabağ” matçı təxirə salınıb.

İdman.Biz

Məqalədə: