Portuqaliya millisinin və “Ən-Nəsir” klubunun hücumçusu Kriştianu Ronaldu 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Çempionatının onun karyerasında son mundial olacağını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Kriştianu Ronaldu 41 yaşında olacağı bu turnirdə iştirak edəcəyini və hələ də yüksək formada olduğunu bildirib.
“Bəli, bu mənim son mundialım olacaq. Hazırda özümü çox yaxşı hiss edirəm, qol vurmaqdan zövq alıram və komandamla oynamağı davam etdirirəm”, - deyə o bildirib.
O, həmçinin tezliklə karyerasını bitirməyi düşünmədiyini vurğulayıb.
