Noyabrın 9-da keçirilən İtaliya A Seriyası oyununda “Cenoa” ilə “Fiorentina” 2:2 hesabı ilə bərabərə qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra “Cenoa”nın yeni baş məşqçisi Daniele De Rossinin ilk mətbuat konfransı baş tutub.
Tədbir zamanı De Rossinin keçmiş komanda yoldaşı, bosniyalı hücumçu Edin Çeko onu dostyana şəkildə öpüb. Bu an həm jurnalistlərin, həm də azarkeşlərin diqqətindən yayınmayıb.
İtaliya mətbuatı bu jesti iki futbol veteranı arasındakı qarşılıqlı hörmət və dostluğun təzahürü kimi dəyərləndirib.
