“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Çuameni “Liverpul”la oyunda zədələnib.
İdman.Biz xəbər verir ki, ispaniyalı jurnalist Arança Rodrigesin məlumatına görə, futbolçunun sol ayağının semitendinoz (arxa bud) əzələsində zədə aşkarlanıb.
Çuameninin bərpa müddətinin nə qədər davam edəcəyi barədə klub hələlik rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, “Real”ın növbəti oyunu noyabrın 9-da səfərdə “Elçe”yə qarşı olacaq.
