Türkiyənin “Beşiktaş” klubu 5 futbolçusunu heyətdən uzaqlaşdırıb.
İdman.biz xəbər verir ki, “qara qartallar” Vinsent Abubakar, Valentin Rosier, Erik Beyli, Raşid Qezzal və Cean Onananın xidmətində maraqlı deyillər.
Klubdan bildirilib ki, bu qərarın səbəbi oyunçuların performansının aşağı düşməsi və komandaya lazımı faydanı verə bilmələridir.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasının 15-ci turunda “Fənərbağça”ya 1:3 hesabı ilə uduzub. “Qara qartallar” 26 xalla 5-ci pillədə qərarlaşıblar.
İdman.biz