“Yuventus” Marko Verrattini geri qaytara bilər

Xəbərlər
3 Noyabr 2025 16:10
31
“Yuventus” Marko Verrattini geri qaytara bilər

İtaliyanın “Yuventus” klubu Marko Verrattinin agentlərindən təklif alıb.

İdman.Biz xəbər verir ki, futbolçunun nümayəndələri təcrübəli yarımmüdafiəçinin yenidən İtaliyada çıxış etməsi üçün turinlilərlə əlaqə saxlayıblar.

Qeyd olunur ki, Luçano Spallettinin komandaya rəhbər təyin olunmasından sonra “Yuventus” orta xəttə əlavə güc gətirməyi düşünür və Verrattinin namizədliyi masadadır.

32 yaşlı yarımmüdafiəçi hazırda Qətərin “Al-Duhail” klubunda çıxış edir, lakin futbolçu yenidən vətənində oynamaq istəyir.

İdman.Biz

Məqalədə: