“Mançester Siti”nin oyunu Əliyar Ağayevə tapşırılıb

Xəbərlər
11 Dekabr 2023 09:58
343
“Mançester Siti”nin oyunu Əliyar Ağayevə tapşırılıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi həmyerlimiz olacaq.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Qeyd edək ki, oyun dekabrın 13-də keçiriləcək.

İdman.biz