Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçını keçirib.
İdman.biz xəbər verir ki, komanda Türkiyə I liqasının XV turunda “Bodrumspor”un qonağı olub.
“Tuzlaspor” hesabda geri düşsə də, 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb. Həsənəlizadə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tuzlaspor” XV turdan sonra 13 xalla 16-cıdır.
İdman.biz