Ötən gün İtaliyanın “Napoli” klubu Çempionlar Liqasında səfərdə PSV-yə (Eyndhoven) 6:2 hesabı ilə məğlub olub.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, İtaliya klubu 1997-ci ildən sonra ilk dəfə öz qapısından bir oyunda altı qol buraxıb.
Belə ki, 1997-ci ildə neapollular İtaliya çempionatında “Sampdoriya”ya 6-3 hesabı ilə uduzmuşdular.
Məlumat üçün əlavə edək ki, üç turdan sonra "Napoli" üç xalla Çempionlar Liqasının turnir cədvəlində 22-ci yerdədir. Antonio Kontenin yetirmələri bundan əvvəl “Mançester Siti”yə 2:0 hesabı ilə uduzub və “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib.
Noyabrın 4-də “Napoli” öz meydanında “Ayntraxt Frankfurt”u qəbul edəcək.