Almaniyanın “Bavariya” klubu baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin mayından “Bavariya”da işləyir. Bu mövsümdə komanda 11 oyunu qələbə ilə başa vurub.